logo
A powerful architecture & Construction theme. Construct your website in the perfect Ratio.
Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula
office@unico.az
Bakı ş., Heydər Əliyev pr. 152, Çinar Plaza 10-cu mərtəbə
Tel: (+994 12) 310 02 19
 

HSE & KEYFİYYƏT SİYASƏTİ

UNICO / HSE & KEYFİYYƏT SİYASƏTİ
HSE & KEYFİYYƏT SİYASƏTİ

Mülki obyektlərin tikintisi üzrə fəaliyyət göstərən “UNİCO” MMC iş yerlərində aşağıda göstərilən prinsipləri həyata keçirməklə keyfiyyət, ətraf mühit və təhlükəsizlik siyasətini yürüdür:

  • öz müştəriləri, tərəfdaşları və əməkdaşları qarşisinda götürdüyü öhdəlikləri hər şeydən üstün tutan etibarlı şirkət nüfuzunu işdə təsdiq etmək;
  • keyfiyyət, sağlamlığın və əməyin təhlükəsizliyinin, həmçinin ətraf mühitin qorunması üzrə qüvvədə olan qanunvericilik, normativ və digər tələblərinə bütün sahələrində ciddi əməl etmək;
  • şirkətin yüksək səviyyədə və rəqabətə dözümlü vəziyyətdə olmasının tam təmin edilməsi üçün yeni texnologiyaların mənimsənilməsi və tətbiqini təmin etmək;
  • bədbəxt hadisələrin baş verməsinin qabaqcadan qarşısının alınması, şirkətin öz işçiləri, eləcə də şirkətin idarə etdiyi sahədə çalışan digər kompaniyaların işçiləri üçün normal və təhlükəsiz iş şəraiti yaratmaq üçün lazım olan tədbirlər görmək;
  • əmək zədələnmələrinin və sağlamlığın pozulmasının qarşısının alınması, İnteqrasiya edilmiş menecment Sisteminin (İMS) daim təkmilləşdirilməsi və eləcə də Keyfiyyət, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik sahəsində göstəricilərin daha da yaxşılaşdırılması üçün tədbirlər görmək;
  • şirkətin işçilərinin peşəkarlıqlarının artınlması və bütün heyətin işin keyfiyyətinin və təhlükəsizliyin, həmçinin ətraf mühitin qorunmasının təmin edilməsinə cəlb etmək;
  • İSO 9001:2015, ISO 14001:2015 və OHSAS 18001:2007 standartlarının tələblərinə riayət edilməsini təmin etmək məqsədi ilə daxili auditlər keçirmək yolu ilə İMS-i daim inkişaf etdirmək və təkmilləşdirmək;

“UNİCO” MMC-nin rəhbərliyi öhdəsinə götürür:

  • keyfiyyətin, ətraf mühitin mühafizəsi, həmçinin sağlamlığın qorunması və əməyin təhlükəsizliyinin təmin olunması sahəsində siyasətini şirkətin bütün işçilərinin nəzərinə çatdırmaq;
  • yuxanda qeyd edilən prinsiplərin yerinə yetirilməsinə lazım olan bütün lazımi mənbələr ayırmaq;
  • qarşıya qoyulmuş məqsədə çatmaq üçün şirkətin bütün işçilərinə yardım etmək.