Bakalavr təhsili alan IV kurs tələbələrinin və yeni məzunların nəzərinə!

Bakalavr təhsili alan IV kurs tələbələrinin və yeni məzunların nəzərinə!

“UNICO” QSC tikinti şirkəti “Gələcəyə Addım” adlı 2022-ci il ödənişli Yay Təcrübə Proqramına start verir.

İyun ayından başlayaraq bu proqram tikinti sahəsiilə maraqlanan tələbələrə Sahə mühəndisliyi , Kommersiya və Xərclərə nəzarət, Satınalma və Təchizat, Dizayn və Memarlıq, SƏTƏMM sahələri üzrə ofis daxili və layihələr çərçivəsində görülən işlər ilə daha da yaxından tanış olmaq və həmin proseslərin gündəlik fəaliyyətində iştirak etmək imkanı yaradacaqdır.

Kimlər müraciət edə bilərlər?

Satınalma, Kommersiya, Dizayn və memarlıq, Sahə mühəndisliyi, İnşaat mühəndisliyi, Sənaye və mülki tikinti, Bina və qurğuların tikintisinin təşkili və texnologiyası, Şəhərsalma və tikinti iqtisadiyyatı ixtisaslarında təhsil alan, təhsil göstəriciləri yüksək olan, ən azı 2 dildə (biri ana dili olmaqla, digəri rus və ya ingilis – 3 -cü dil əlavə üstünlükdür) sərbəst danışa, oxuma-yazma bacarıqlarına malik olan və “Microsoft Office” proqramlarını sərbəst şəkildə istifadə edə bilən tələbələr (tikinti şirkətində əvvəlcədən təcrübə keçmiş namizədlərə üstünlük veriləcəkdir).

Müraciət və seçim mərhələsi:

– internship@unico.az elektron poçt ünvanına CV (subject hissəsində seçilən sahə qeyd olunmaqla) və 300 sözdən ibarət müraciət məktubu göndərilir;
– Seçilən namizədlərə zoom vasitəsi ilə online şəkilində müsahibənin keçirilməsi üçün dəvətnamə linki göndərilir;
– Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər “UNICO”-nun ofis binasına dəvət olunur və onlara təcrübə proqramlarının gələcək addımları barədə məlumatlar verilir.

Əgər namizədlər ayrı ixtisas üzrə təcrübələrinin keçməsini arzu edirlərsə müraciət zamanı istəklərini qeyd edə bilərlər.

 

Son müraciət tarixi: 20.05.2022