Archive for the
‘Uncategorized @tr’ Category

“Unico” QSC-nin istehsal törmə şirkəti olan, 2019-cu ildən etibarən müstəqil istehsal bölməsi kimi fəaliyyət göstərən “UniPro” MMC istehsal keyfiyyətinin və gücünün daha da artırılması məqsədi ilə yeni fabrikdə fəaliyyətə başlamışdır.

Müasir avadanlıqlarla təchiz olunmuş nəhəng fabrikimiz, hansı məhsulları təklif edir?

– Hər növ mebellərin istehsalı,
– Metal konstruksiyaların istehsalı və montajı,
– Aluminum profillərin istehsalı.

Biz yalnız metal konstruksiyalar, mərmər, alüminium, ağac, şüşə və plastik kimi müxtəlif xammallardan mebel və digər məhsullar istehsal etməkə kifayətlənmirik. Kompleks və çoxmərhələli layihələr üzərində işləmək üçün yenilikçi mütəxəssislərdən ibarət mühəndislər, memarlar və dizaynerlər kimi yaradıcı qrupları da işə cəlb edirik. Çünki bizim əsas missiyalarımızdan biri müştərilərimizin ən incə detallı tələblərini qarşılamaqdan ibarətdir.

Bunun nəticəsidir ki, peşəkar heyət və müasir avadanlıqların istehsala birgə cəlb olunması ilə həm dövlət qurumları (iqtisadiyyat, təhsil, səhiyyə), həm də özəl şirkətlər (otellər, biznes mərkəzləri, yaşayış kompleksləri) ilə olan əməkdaşlıqlarımız uğurla davam etməkdədir.

READ MORE →

Əziz İzləyicilərimiz!

Böyük məmnuniyyət hissi ilə Sizinlə “Unico” QSC-də yeni işə başlayan “Strategiya və Biznesin İnkişafı üzrə Direktor Müavini” Mircəfər Cəfərov haqqında qısa məlumat paylaşmaq istəyirik.

Mircəfər Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə təhsil almış, 2013-cü ildən başlayaraq maliyyə ixtisası üzrə bir çox şirkətlərdə müxtəlif vəzifələrdə çalışmışdır.

Əziz Mircəfər Cəfərov “Unico” ailəsinə xoş gəldiniz!

 

READ MORE →