“Unico”-nun əməkdaşları “Azərbaycanda Amerika Ticarət Palatası” (AmCham Azerbaijan)-ın yaratdığı fürsətlərdən yararlanmağa davam edir!

“Unico”-nun əməkdaşları “Azərbaycanda Amerika Ticarət Palatası” (AmCham Azerbaijan)-ın yaratdığı fürsətlərdən yararlanmağa davam edir!

Təhlükəsizlik, mühafizə, sağlamlıq kimi mövzular üzrə Avropada istifadə edilən müasir idarəetmə metodları ilə tanış olmaq və tətbiq üsullarını dərk ətmək məqsədilə, “Unico” şirkəti SƏTƏMM departamentinin baş mütəxəssisi Gülnar Uçarı şirkət təmsilçisi olaraq 16-20 avqust tarixləri arasında təşkil edilən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə “Antverp Beynəlxalq Limanı”nın birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsi çərçivəsində 5 günlük təlimlərə Belçika Krallığına işgüzar səfərə göndərib.

Antverp Limanının və Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən keçirilən praktiki təlimlərin ilk günündə, Bakı Limanının Baş direktoru Taleh Ziyadovun (onlayn formada) və Antverp Beynəlxalq Limanının “APEC Liman Təlim Mərkəzi”-nin Layihələr və Planlama üzrə Direktoru və İdarə Heyətinin üzvü Steffan Kassimonun iştirakı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Antverp Beynəlxalq Limanının (Avropanın ikinci ən çox yük aşıran limanı) birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsinin açılış mərasimi baş tutub.

Daha sonra, “Böhranlı hallar və təhlükəli yüklərin idarə edilməsi” mövzusu üzrə seminarlar keçirilib və iştirakçılar Antverp Yanğınsöndürmə idarəsinə baş çəkərək, bu mərkəzin işləmə prinsipi, müasir idarəetmə metodları və avadanlıqları ilə tanış olublar.

Bundan əlavə, iştirakçılar həmçinin Belçika Krallığının ən böyük limanlarından biri olan Zeebrugge Limanınada (Port of Zeebrugge) səfər edib, prosesin təşkili, yükün qəbul edilməsi və yola salınması, terminalların iş prinsipi və s. məlumatları yerində alıb, limanın istifadə etdiyi müasir idarəetmə metodları ilə tanış olublar. Daha sonra isə Zibruqe şəhərin su polisi mərkəzində olub, burada istifadə edilən müasir dron və sualtı nəzarət sistemləri ilə əyani şəkildə tanış olub, tətbiqi üsulları ilə bağlı məlumat əldə ediblər.

Qeyd edək ki, bizim şirkətdən başqa Azərbaycanın müxtəlif dövlət qurumlarının (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, “Bakı Metropoliteni“ QSC) və ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlərin də (Stevedoring LLCBaku Shipyard LLC və s.) təhlükəsizlik məsələləri üzrə məsul şəxsləri (11 nəfər) iştirak ediblər.